Dərc edildi: Baxış sayı: 387
Tramp Böyük Britaniyaya səfər edəcək
Bu gün ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya səfər edəcək.
APA-nın yerli bürosunun xəbərinə görə, ABŞ Prezidenti NATO-nun 70 illiyi ilə bağlı 4 dekabrda Londonda keçiriləcək liderlər sammitində iştirak edəcək.
Səfər çərçivəsində ABŞ Prezidenti Böyük Britaniyanın Baş Naziri Boris Consonla görüşəcək, eyni zamanda Kraliça II Yelizavetanın NATO liderlərinin şərəfinə verəcəyi ziyafətə qatılacaq.
Qeyd edək ki, B. Conson səfərdən öncə KİV-ə müsahibəsində D. Trampın Böyük Britaniyadakı seçkilərə müdaxilə etməyəcəyinə ümid etdiyini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət