Dərc edildi: Baxış sayı: 511
Tramp bəyan etdi: Çinə gedirəm...
ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə Çinə səfər etməyi planlaşdırır.
Axar.az xəbər verir ki, Donald Tramp bu barədə Çinlə ticarət sazişinin birinci hissəsinin imzalanması ərəfəsində Ağ Evdə çıxışı zamanı məlumat verib.
“Mən yaxın gələcəkdə Çinə gedəcəyəm”, - deyə ABŞ Prezidenti bildirib.
Saziş haqqında danışan Donald Tramp onu tarixi sənəd adlandırıb. Əminliklə vurğulayıb ki, bu saziş keçmişin çatışmazlıqlarını aradan qaldıracaq, gələcəkdə iqtisadi ədaləti və amerikalı fəhlələr, fermerlər və ailələr üçün təhlükəsizliyi təmin edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət