Dərc edildi: Baxış sayı: 204
Tramp Baydeni ən vicdansız prezident adlandırdı
ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Baydeni ölkə tarixinin ən vicdansız və səriştəsiz prezidenti adlandırıb.
Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.
"Unutmayın, o, ölkəmizin tarixinin ən pis prezidentidir. O, ən səriştəsiz prezidentdir. O, ən vicdansız prezidentdir", - Tramp bildirib.
Tramp daha əvvəl demişdi ki, ABŞ Baydenin siyasətinə görə cəhənnəmə gedir.
Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri noyabrda keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət