Slimfit
  1. DÜNYA

Tramp: Bayden seçkilərdə geri çəkilirsə, ölkəni də idarə edə bilməz

Tramp: Bayden seçkilərdə geri çəkilirsə, ölkəni də idarə edə bilməz
Sakura

Tramp: Bayden seçkilərdə geri çəkilirsə, ölkəni də idarə edə bilməz

ABŞ Prezidenti Cozef Bayden seçkilərdə geri çəkilirsə, ölkəni də idarə edə bilməz.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş lideri Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“İndi ölkəmizi kim idarə edir? Co (Bayden-red) harada olduğunu bilmir, ona görə də o, ölkəni idarə edə bilməz”, - Tramp qeyd edib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Donald Trampın namizədliyi Respublikaçılar Partiyasının iyulun 15-də başlayan və 4 gün davam edən milli qurultayında təsdiqlənib. ABŞ Prezidenti Cozef Bayden isə prezidentlik yarışından geri çəkilib. O, səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını bildirib. Bundan sonra Bayden Demokratlar Partiyasından ABŞ lideri postuna namizəd kimi Kamala Harrisi dəstəkləyib.

Namizədlə bağlı yekun qərar Demokrat Partiyasının avqustun 19-dan 22-dək Çikaqoda keçiriləcək qurultayında veriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR