Dərc edildi: Baxış sayı: 301
Tramp amerikalılardan tibbi maska taxmağı xahiş etməyəcək
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların hər bir vətəndaşından tibbi maska taxmağı tələb etməyəcək.
Ens.az “Report”-a istinadən xəbər verir.
Ağ Ev rəhbəri ölkə vətəndaşlarının hamısının müdafiə vasitələrindən istifadə edəcəkləri təqdirdə "bütün bunların” (koronavirus pandemiyasının - red) yox olacağına şübhə etdiyini bildirib.
"Yox, mən istəyirəm ki, insanlarda müəyyən azadlıq olsun. Mən buna inanmıram, yox”, - Tramp deyib.
Ağ Ev başçısı həmçinin qoruyucu maskaların öz xeyrinin olması faktını da istisna etməyib.
Qeyd edək ki, ABŞ-da koronavirusa ümumilikdə 3 764 203 yoluxma qeydə alınıb. Birləşmiş Ştatların 141 935 vətəndaşı COVID-19-dan ölüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət