Tramp Almaniyanı seçim qarşısında qoydu: “Ya mən , ya da Çin!”
Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çinin “Huawei” firmasını, kütləvi qırğın silahları istehsal edən şirkətlərinin adının olduğu qara siyahıya salıb, ardından milli təhlükəsizliyi təhdid elədiklərini irəli sürərək açıq müharibə elan edib. ABŞ Ticarət Nazirliyi amerikalı şirkətlərin Çinin “Huawei” firması ilə əməkdaşlıqlarının dayandırılması qərarını verib.
“Google” şirkətinin, Android proqramının dəstəyini geri çəkməsi ilə sanksiyalar tətbiq edilməyə başladı. İndiyə qədər Android proqramının yayılmasında və inkişafında mühüm rol oynamış Huawei şirkəti özünün yeni proqram texnologiyalarının yaradılması üzərində çalışır.
Almaniyada fəaliyyət göstərən DAX firmalarından olan “Infoneon” şirkətinin ən böyük bazarı Çindir. “Telekom” şirkətinin isə ABŞ ilə güclü ticarət əlaqələri var. Bu vəziyyətdə Almaniya bir dilemma qarşısında qalır. Eynilə İranla nüvə müqaviləsindən geri çəkilərək sanksiyalara məcbur edilməsi kimi. Almaniyanın ən mühüm ortaqlarından İran ilə ticarət əlaqələri getdikcə qeyri-mümkün olmaqdadır.
Almaniyanın DAX firmalarının dövriyyələri ABŞ-da nisbətən daha çoxdur. Lakin Çin bazarında da sürətlə yüksəlməkdədir. Buna görə də, ABŞ Almaniyanın “ya mən, ya da Çin” dilemması qarşısında qoyur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət