Dərc edildi: Baxış sayı: 483
Tramp açıqladı: Çinə əlavə vergi tətbiq edildi
ABŞ 300 milyard dollarlıq Çin məhsullarına 10 faiz əlavə verginin tətbiqi barədə qərar verib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında bildirib.
Qeyd edilir ki, sözügedən qərar sentyabrın 1-dən qüvvəyə minəcək.
Qərar barədə danışan Tramp deyib: "Təəssüf ki, Çin ticarət müqaviləsinin imzalanması ərəfəsində yenidən müzakirə aparmağa qərar verdi. Çin ABŞ-ın kənd təsərrüfatı məhsullarını almaq məsələsində anlaşdı, amma buna əməl etmədi".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət