Tramp ABŞ, Rusiya və Çinin nüvə sazişini imzalaması vacibliyindən danışıb
Vaşinqton nüvə silahının məhdudlaşdırılması haqqında müqavilənin ABŞ, Rusiya və Çin arasında imzalanması zəruriliyinə ümid edir.
"Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.
"Bizim nüvə silahlarımız heyranedici vəziyyətdədir, onlar ağlasığmaz səviyyədədir. Biz yeni nüvə silahlarını hazırlayırıq - ona görə yox ki, mən bunu istəyirəm. Bildiyiniz kimi, Rusiya bizimlə bu müqavilədə qeyri-düzgün oyun oynayırdı, buna görə biz ondan çıxdıq", - deyə ABŞ lideri bildirib.
"Mən əminəm ki, biz Rusiya və Çinlə toplaşa və yeni müqaviləni hazırlaya biləcəyik ki, bu dəliliyi davam etməyək", - deyə o əlavə edib.
Ağ Ev rəhbəri ABŞ-ın güclü nüvə arsenalına malik olduğunu qeyd edib.
"İndi bizim dünyada ən güclü nüvə arsenalımız var, Rusiya ikinci, Çin üçüncüdür, bu, çox baha başa gəlir və ekstremal təhlükə yaradır, bu çox, çox təhlükəlidir. Məhdudiyyət, bizə məhdudiyyət lazımdır. 10 min döyüş başlığı bizə lazım deyil", - deyə ABŞ prezidenti vurğulayıb.
Dövlət başçısı adlarını sadaladığı dövlətlərin bu məsələdə maraqlı olduqlarını deyib: "Çin və Rusiya, hansılarla ki, biz müzakirə aparırıq, bunda son dərəcə maraqlıdırlar. Mən düşünürəm ki, Rusiya razılaşmaya nail olmaq istəyərdi və həmçinin düşünürəm ki, Çin də razılaşmaya nail olmaq istərdi. Bu heyranedici olardı, mən buna nail olmaq istəyərdim", - ABŞ lideri vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət