Slimfit
  1. DÜNYA

Tramp ABŞ-ın Ukraynada fəaliyyətini mənasız hesab edir və bunun Rusiyanı qıcıqlandırıdığını düşünür

Tramp ABŞ-ın Ukraynada fəaliyyətini mənasız hesab edir və bunun Rusiyanı qıcıqlandırıdığını düşünür
Sakura

Tramp ABŞ-ın Ukraynada fəaliyyətini mənasız hesab edir və bunun Rusiyanı qıcıqlandırıdığını düşünür

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Ukraynadakı fəaliyyətini mənasız hesab edir və bunun Rusiyanı qıcıqlandırıdığını düşünür.

APA-nın xəbərinə görə, bu barədə "The Washington Post" qəzeti öz mənbəsinə istinadən məlumat yayıb.

Dəfələrlə bu məsələni ABŞ lideri ilə müzakirə etdiyini qeyd edən mənbə Trampın "Ukraynadakı fəaliyyətimiz mənasızdır və yalnız Rusiyanı qıcıqlandırır" söylədiyini deyib: "Prezidentin mövqeyi mahiyyətcə ondan ibarətdir ki, Rusiya bizim dostumuz olmalıdır, belə də ki, Ukraynaya kim əhəmiyyət verir?"

 

"The Washington Post"un məqaləsində Donald Trampın Ağ Evdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş üçün konkret vaxt təyin etməkdən imtina ediyi qeyd olunur, bununla belə, prezident Trampın köməkçilərinin bu görüşün baş tutmasını istədikləri vurğulanır.

Nəşr Trampın bu mövqeyini onun və vəkili Rudolf Culianinin ABŞ-ın sabiq vitse-prezidenti Cozef Bayden və oğlu ilə bağlı Ukraynada araşdırma aparılması tələbi ilə əlaqələndirir.

Nyu-Yorkun sabiq meri qəzetə bildirib ki, bu il ərzində Ukrayna liderinin köməkçisi Andrey Termakovla beş görüş keçirib. Sabiq mer bu görüşlərdə Trampın vəkili qismində çıxış edib və ABŞ-ın Kiyevdəki səfirliyinə kontaktlar barədə xəbər verməyib. Qəzet yazır ki, Ukraynadakı amerikalı diplomatlar bəzi hallarda hətta görüş barədə Ukrayna tərəfindən məlumat alıblar və eks-merin ABŞ Administrasiyası rəhbərinin nümayəndəsi qismində çıxış etdiyinə əmin olmayıblar.   

Culiani, əsasən, Baydenin oğlu ilə bağlılığı olan Ukrayna qaz kompaniyasının fəaliyyətinin araşdırılmasının bərpasını tələb edib.

O, həmçinin, Kiyevdən xahiş edib ki, Trampın seçki qərargahının rəhbəri olmuş Pol Manafort barəsində bədnam informasiyaların yayılmasına dair 2016-cı ildə Ukrayna hakimiyyət dairələrinin ABŞ-ın Demokrat Partiyası ilə sövdələşməsinin olması barədə məlumatların nə dərəcə əsaslı olduğunu aydınlaşdırsın.  

Sabiq mer bunun qarşılığında vəd edib ki, Tramp Ukraynaya 250 milyon dollar dəyərində hərbi yardımın ayrılmasına qoyduğu qadağanı götürəcək, habelə Ağ Evdə Zelenski ilə görüş keçirəcək.  

Trampın vəkilinin sözlərinə görə, Ukrayna tərəfi qarşıya qoyulan məsələləri aydınlaşdırmağa söz verib.

"The Washington Post" xatırladıb ki, ABŞ hakimiyyəti həm Dövlət Departamenti, həm də Pentaqon xətti ilə Ukraynaya bütün hərbi yardımı bərpa edib, həmçinin bildirilib ki, BMT Baş Assambleyası çərçivəsində Tramp gələn həftə Zelenski ilə görüşəcək.

"The Wall Street Journal" qəzeti isə öz mənbələrinə istinadən yazır ki, Tramp bu ilin iyulunda Zelenski ilə baş tutmuş telefon söhbətində Culianinin təkliflərini qəbul etməyin vacibliyini səkkiz dəfə təkrarlayıb.

Culiani hesab edir ki, C. Bayden ABŞ-ın vitse-prezidenti olarkən oğlunun Ukrayna qaz kompaniyası ilə bağlılığına dair araşdırmaların dayandırılması üçün Kiyevə təzyiq edə bilərdi. Ukraynanın hakimiyyət dairələri isə C. Baydeni və oğlunu hər hansı cinayətdə ittiham etmədiklərini əvvəllər bəyan edib.

C. Bayden 2020-ci ildə keçiriləcək prezident seçkilərində D. Trampın əsas rəqiblərindən sayılır. Onun Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq şansı daha yüksəkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR