Dərc edildi: Baxış sayı: 525
Tramp: "ABŞ-ın nəhəng neft və qaz sənayesinin çökməsinə imkan verməyəcəyik"
“ABŞ-ın nəhəng neft və qaz sənayesinin çökməsinə imkan verməyəcəyik”.
APA-nın xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp "Twitter"də bildirib.
“Biz heç vaxt ABŞ-ın nəhəng neft və qaz sənayesinin çökməsinə imkan verməyəcəyik. Mən artıq Enerji və Xəzinədarlıq katiblərinə çox vacib şirkətlərin və iş yerlərinin qorunmasına xidmət edəcək maliyyə dəstəyi ilə bağlı planın hazırlanması barədə təlimat vermişəm”, - deyə D. Tramp qeyd edib.
Xatırladaq ki, ABŞ-ın “Texas light” (WTI) markalı neftinin qiyməti Nyu-York birjasında kəskin ucuzlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət