Dərc edildi: Baxış sayı: 578
Tramp ABŞ-ın dördüncü ştatında fövqəladə vəziyyət elan edəcək
ABŞ prezidenti Donald Tramp "Dorian" qasırğası səbəbindən Şimali Karolinada fövqəladə vəziyyət elan edəcəyini söyləyib.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti öz "Twitter" səhifəsində yazıb.
D.Tramp deyib: "Senator Tom Tillisin xahişi ilə mən bu axşam Şimali Karolinada fövqəladə vəziyyət barədə bəyannamə hazırlayıb imzalayacam".
Prezidentin belə bir elanı federal hakimiyyət orqanlarının fəlakətə qarşı mübarizədə və zəruri hallarda onun nəticələrinin aradan qaldırılmasında kömək edəcəyi deməkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət