Dərc edildi: Baxış sayı: 485
:0
Tramp ABŞ-da antisemitizmlə mübarizə haqqında fərman imzalayıb
ABŞ prezidenti Donald Tramp ölkədə antisemitizmin artmasına əks təsir haqqında fərman imzalayıb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Bildirilir ki, bununla bağlı Ağ Evdə yəhudi təşkilatları nümayəndələri iştirakı ilə mərasim keçirilib.
Prezidentin fərmanında qeyd edilir ki, 1964-cü ildə qəbul edilmiş “Vətəndaş hüquqları haqqında” Qanuna əsasən, antisemitizm əlamətinə görə irqi ayrıseçkilikdir. Tramp nazirliklərə və müvafiq orqanlara bununla mübarizə tədbirləri təşkil etməyi tapşırıb.
“Bu hərəkət prezident və onun administrasiyasının antisemitizmin bütün formalarına qarşı mübarizə aparmaq qətiyyətini təsdiq edir", - deyə Ağ Evin mətbuat xidmətində əlavə ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət