Dərc edildi: Baxış sayı: 1509
Güney Azərbaycanın "Traktor" klubu bundan sonra "Traktor Azərbaycan F.C" adlanacaq.
Axar.az xəbər verir ki, bu barədə klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb.
Bildirilib ki, artıq klub rəhbərliyi bu adı təsdiq edib, sadəcə, kiçik nüanslar qalıb.
Qeyd edək ki, ötən gün "Traktor" klubunun adından "Sazi" sözünün çıxarılması və "Azərbaycan" sözünün əlavə edilməsi haqda məlumat yayılsa da, azarkeşlər bunun şayiə olduğunu iddia etmişdilər.
"Traktor" Türk dünyasında ən çox azarkeşi olan klub hesab edilir.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət