Dərc edildi: Baxış sayı: 462
:0
“Traktor” “Borussiya” və “Real”ı qabaqlamaqla, dünya rekordu müəyyənləşdirib
İranın “Traktor” futbol klubu rekorda imza atıb.
APA-nın məlumatına görə, Təbriz təmsilçisi ötən həftəsonu keçirilən oyunlarda ən çox azarkeş toplayan komanda olub.
Klubun “İstiqlal”la görüşünü 100 min tamaşaçı seyr edib. Bu həftəsonu üçün dünya rekordu kimi qeydə alınıb.
Almaniya Bundesliqasının Dortmunddakı “Borussiya” – “Volfsburq” qarşılaşması 80 min 200 tamaşaçı toplamaqla 2-cidir. İspaniya La Liqasının “Real” – “Betis” görüşü siyahıda üçüncüdür – 70 min 375.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının X turunun rekordunun qeydə alındığı “Neftçi” – “Qarabağ” oyununu cəmi 3000 tamaşaçı izləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət