Slimfit
  1. İDMAN

"Trabzonspor"a görə "Neftçi"yə rəqib olan "Qalatasaray"

"Trabzonspor"a görə "Neftçi"yə rəqib olan "Qalatasaray"
Sakura

"Trabzonspor"a görə "Neftçi"yə rəqib olan "Qalatasaray"

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Türkiyənin "Qalatasaray" klubu 1905-ci ildə yaradılıb. 

Ens.az Report.Az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim, prezidenti isə Mustafa Cengizdir. "Sarı-qırmızılar" ev oyunlarını 52, 652 azarkeş tutumuna malik "Türk Telekom Arena"da keçirir. 

İstanbul təmsilçisi Türkiyədə rekord sayda - 22 dəfə çempion, 18 dəfə isə ölkə kubokunun, 16 dəfə Superkubokun qalibi olub. "Qalatasaray" avrokubokda ən böyük uğurunu XXI əsrin əvvəlində yaşayıb. Komanda 1999/2000 mövsümündə UEFA Kubokuna (hazırkı Avropa Liqası), daha sonra isə UEFA Super Kubokuna yiyələnib. 

Komanda 2019/2020 mövsümünü 56 xalla 6-cı pillədə başa vurub. İstanbul təmsilçisi UEFA-nın "Trabzonspor"a avrokuboklarda cəza verməsi səbəbindən Avropa Liqasında iştirak hüququ əldə edib. 

"Neftçi” indiyədək "Qalatasaray”la iki dəfə qarşılaşıb. Hər iki matç yoldaşlıq oyunu olub. 1960-cı ildə Bakıda reallaşan görüşdə flaqman 3:1 hesabı ilə qalib gəlib. 1990-cı ildə Türkiyədə keçirilən oyunda isə heç-heçə qeydə alınıb – 2:2.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. "Neftçi" I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi"ni mübarizədən kənarlaşdırıb - 2:1. 

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR