Slimfit
  1. MƏTBƏX

Toyuq və ya krevetka ilə? Sezar salatının tarixi

Toyuq və ya krevetka ilə?  Sezar salatının  tarixi
Sakura

Toyuq və ya krevetka ilə? Sezar salatının tarixi

Dünyada Sezar həqiqətən yüngül salat hesab olunur. Çünki onu bir sıra digər salatlarla, o cümlədən olivye  və siyənək balığı ilə hazırlanan başqa salatla müqayisə etsək, Sezar demək olar ki, pəhriz yeməyidir.  Ancaq onun tərkibində yumurta, kifayət qədər kalorisi olan  bitki yağında düzəldilmiş sous və  yağlı pendir var.  Buna görə yüngül salat demək şərtidir.  Ancaq bu amillər qeyd olunan məşhur salatdan  imtina üçün bir səbəb deyil.

Adına baxmayaraq, Roma imperatorunun Sezar salatının ixtirası ilə əlaqəsi yoxdur.  Ən çox yayılmış versiyaya görə reseptin müəllifi ABŞ-la  sərhədə çox yaxın olan Meksikanın Tijuana şəhərində kiçik bir restoran sahibi italyan Sezar Kardinidir.  1924-cü ildə Kardininin restoranına məşhur adamlar  - Hollivud aktyorları Müstəqillik Gününü qeyd etmək üçün təşrif buyurdular (Həmin vaxt ABŞ-da "quru"  qanun mövcud idi , buna görə də alkoqol içmək üçün xaricə getməli olmuşdular). Bu kiçik restoranda alkoqol ehtiyatı ilə bağlı heç bir problem yaşanmadı, ancaq qəlyanaltılarla bağlı vəziyyət eyni cür deyildi : bütün uyğun yemək ehtiyatları tükənmiş, yaxınlıqdakı mağazalar isə tamamilə bağlı idi.  Ancaq Kardini  kulinariya fərasətini işə saldı : boşqaba sarımsaq sürtdü, Romano salat yarpaqlarını qoydu, zeytun yağı səpdi, limon şirəsi sıxdı, yumurta, qızardılmış parmezan, ədviyyatlı otlar, ağ çörək və bir az Vuster sousu əlavə etdi.  Bununla da,  Sezar salatı əmələ gəldi.

Ac olan film istehsalçıları bu yeməyi həqiqətən bəyəndilər və tezliklə Kardini restoranına yeni müştərilərin axını başladı. Müəyyən müddətdən sonra Kardininin qardaşı Aleks salatın  reseptində bir qədər  dəyişiklik etdi: kilkə əlavə etdi və onu  "Pilotlar Salatı" (Aleks Kardini hərbi pilot idi) adlandırdı.  Ancaq Sezar Kardini, yeniliyin yalnız yeməyin dadını korlayacağına inanaraq bunun əleyhinə çıxdı.  Qeyd edək ki, toyuq filesi və digər inqredientlər daha sonra əlavə olunmağa başladı.

Başqasından oğurlamışdı?

Ancaq başqa bir versiyaya görə Sezar Kardini heç bu salatı ixtira etməmişdir.  İddiaya görə, onun müəllifi Kardininin işçisi olan Livio Santinidir.  Sezar salatı artıq çox məşhur  yeməyə çevriləndə, Santini iddiya etdi ki, salatı anasının reseptinə əsasında o  hazırlamışdı.  Kardini isə sadəcə onu qonaqlara təqdim etmiş və resepti öz adına  çıxmışdı.

Salatın müəllifliyi üçün başqa bir iddiaçı da var - Cakcomo Cunia.  Bu italiyalı emiqrantın  Nyu-Yorkda  kafesi vardı. Cakcomonun sözlərinə görə, o, belə bir salat hazırlamağa Kardinidən 20 il əvvəl başlamışdı. Bu özəl yeməyi İmperator Qay Yuli Sezarın şərəfinə adlandırmışdı - kafe sahibinin italyan köklərinə bir ehtiramı olaraq.  Cakcomonın versiyasına görə, rəhbərlik etdiyi qurumun işçilərindən biri resepti oğurlamışdı.

Ancaq bütün hallarda salatın müəllifi kimi məhz  Kardini şöhrət tapdı.  Lakin heç Kardini də bu məşhur salata görə patent ala bilmədi. O, 1948-ci ildə  patent bürosuna müraciət edərkən, Sezar salatının artıq  xalqın içində məşhur olduğunu, ictimai dəyərə çevrildiyini bildirərək onun tələbini rədd etdilər.

Ancaq salatın özü mükafat aldı.  1953-cü ildə Sezar salatı Parisdəki Epikür Cəmiyyəti tərəfindən "Amerikada son 50 ildə ortaya çıxan ən yaxşı resept" kimi qeyd edildi.

Təxminən 70 ildir Sezar dünyanın kafe və restoranlarında ən populyar yeməklərin ilk beşliyində qalır və salatlar arasında sifariş sayına görə birinci yerdədir.

Məsələ yumurtadadır!

Sezar salatasının klassik versiyası üçün ən vacib şeyin yumurtaların aşırı dərəcədə qaynadılmaması olduğuna inanılır.  Onları yalnız 1 dəqiqə suda saxlamaq və sonra bitki yağı, limon suyu, sarımsaq  Vuster sousu ilə qarışdırmaq lazımdır.  Ancaq klassikə yanaşı  olaraq, məşhur salat bir neçə  variantda hazırlanır.

Toyuq filesi ilə Sezar salatı

100 q kahı

100 q romano slatı

200 q toyuq filesi

2 pomidor

1 ç/q. sürtkəcdən keçirilmiş parmezan

2 xq.  hazır "Sezar" sousu

Suxarı

Necə hazırlanır

1. Sevdiyiniz ədviyyatlarda (duz, istiot, sarıkök, karri ) fileni basdıma  edin və yağda qızardın.

2. Toyuq filesini dilimlərə kəsin.

3. Pomidorları böyük hissələrə ayırın, kahını əllərinizlə bölün.

4. Pomidor və kahını sous ilə qarışdırın, pendir səpin və üstünə dilimlənmiş toyuq filesi və suxarı qoyun.

Avokado ilə Yaşıl Sezar

Tərkibi:

1 avokado

Rukola dəstəsi

1 baş mini romano salatı

1 x.q.  soyulmuş günəbaxan toxumları

1 x.q. zeytun yağı

Duz və istiot

Romano salatının suyu

Limon suyu

Kres salatının yarpağı

1 baş qırmızı soğan

1 pomidor

200 g toyuq filesi

Necə hazırlanır?

1. Toyuq filesini qızardın və dilimlərə kəsin.

2. Avokadonu kartof püresi halına gətirin, ardıcıl olaraq zeytun yağı ilə qarışdırın, duz, istiot, limon suyu və toxum əlavə edin.

3. Kahı, rukola yarpaqlarınının üzərinə avokado püresi qoyursunuz, yanına toyuq filesini, doğranmış pomidor düzüb, Romano salatının suyunu töküb, toxum və kres salat yarpağı iə bəzəyin .

"Sezar" sarı göbələk ilə

Tərkibi:

1 baş romano

2 x.q. Sezar sousu

100 q hinduşka döşü

30 q sarı göbələk

Bir neçə çerri pomidoru

Çovdar suxarı

Duz və istiot

Qızardılmış pendir

100 q sarı göbələk

Necə hazırlanır

1. Göbələkləri qaynadın, sonra bitki yağında qızardın.

2. Romanonun yarpaqlarını ayırın, Sezar sousu ilə yağlayın və göbələk ilə bir qaba qoyun.

3. Hinduşka döşünü sobada bişirin, xırda hissələrə doğrayın və kahının arasına qoyun.

4. Salatın üstünə parmezan səpin, üstünə kəsilmiş çerri pomidoru və suxarı səpin.

Krevetkalı Sezar

1. İnqredientlər hazırlanır.

2. Bir dəqiqəlik krevetkalar qaynayan suya əlavə edilir. Süzgəcə əlavə edilərək suyu süzülür. Zövqə görə krevetkalar quyruqdan təmizlənir.

3. Zeytun yağı qızdırılır. Sarımsaqlar yarı kəsilir, bibər həmçinin yarı kəsilir, tumlardan təmizlənir. Və zeytun yağında qızardılır.

4. Sarımsaqlar rəngini dəyişən kimi, bibər və sarımsaqlar çıxarılıb atılır. Beləliklə yağ ətirli və acılı alınır. Tavaya krevetkalar əlavə edilir və 2 dəqiqə qızardılır. Zövqə görə istiot vurulur.

5. Boşqaba kahı və doğranmış pomidorlar əlavə edilir. Üzərinə krevetkalar düzülür.

6. Yaxşı qarışdırılır və zövqə görə duz vurulur. Bir qədər ətirli sirkə səpilir. Parmesan pendiri səpilir. Salat hazırdır.

Mənbə: aif.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR