Dərc edildi: Baxış sayı: 1229
Toyuq suyu şorbası - İftar menyusuna resept
Ramazan süfrələrini şorbasız təsəvvür etmək olmaz.
Medicina az ağzınıza yeni dadlar qatmaq üçün şorba reseptini təqdim edir.
Bir toyuğun döş əti və budunu yuyub qazana qoyun. Bir orta soğan, bir çay qaşığı duz əlavə edib, 6 stəkan su töküb, yarım saat qaynadın.
Daha sonra əti sudan çıxardıb soyumasını gözləyin. Bir müddət keçəndən sonra ətləri didin.
Ayrıca qazanda bir xörək qaşığı kərə yağını əridin. 1 yemək qaşığı unu rəngi dəyişənə kimi yağda qovurun. Sonra toyuq ətini bişirdiyiniz suyu qarışdıra-qarışdıra əlavə edin. Qazanın qapağını bağlayıb, qaynamağa qoyun. Yaxşıca qaynadıqdan sonra bir stəkan xırda vermişel, diddiyiniz toyuq əti və yarım çay qaşığı qara istiotu da əlavə edin.
10 dəqiqə qaynadıqdan sonra şorbanız hazırdır.
Nuş olsun!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət