Dərc edildi: Baxış sayı: 631
Toyuq filesində xlor və antibiotik aşkarlandı - RUSİYADA
“Rusiyanın keyfiyyət sistemi”nin (“Roskaçestvo”) apardığı tədqiqat nəticəsində toyuğun döş ətinin tərkibində xlor və antibiotik aşkar edilib.
Ens.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.
Bildirilir ki, “Roskaçestvo” 15 ticari markanın filesinin tərkibində xlor, antibiotik, boy hormonu, nəmsaxlayan komponentləri ehtiva etdiyini araşdırıb. Nəticədə doqquz markanın məhsulunun tərkibində yan təsirləri olan xloroform aşkar edilib.
Tədqiqatlar nəticəsində 10 markaya məxsus filenin tərkibində isə antibiotiklər müəyyən edilib. Bildirilir ki, həmin məhsulların üzərində isə “Antibiotiksiz” yazılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət