Dərc edildi: Baxış sayı: 1410
Toyotanın neçə ədəd rəmzinin olduğunu bilirsiniz?
Lexus, Scion və Toyota? Əslində, Toyotanın 10 rəmzi var, bunların bir çoxu bizim bazarda məlum deyil. Toyota avtomobil markasının uzun tarixi var, bunun nəticəsində şirkət özünü keyfiyyətli avtomobil istehsalçısı kimi təsdiq edib. Yapon avtomobillərinin etibarlılığı və keyfiyyəti artıq əfsanələr təşkil edir. Bizim yollarda ən çox klassik Toyota rəmzi olan avtomobillərə rast gəlirik. Amma əslində, Toyotanın çoxlu digər nişanları var. Bu gün sizlərlə 10 rəmzi bölüşəcəyik:
Toyota avtomobillərinin klassik rəmzi
Dünyada ən çox istifadə edilən Toyotanın ən məşhur avtomobil rəmzidir. Həmçinin bizim bazarda. Məhz bu rəmzlə ölkəmizdə Toyota avtomobili müəyyənləşdirilir.

“Crown”(tac) rəmzi
Hesab olunur ki, bu rəmz, lüks avtomobil olan Toyota Crown-u bütün model cərgəsindən seçmək üçün Toyota şirkəti tərəfindən yaradılmışdır. Bu rəmz tam ölçülü Toyota Crown lüks avtomobilinin ön hissəsini bəzəyir. Avtomobilin arxasında, bir qayda olaraq, standart klassik Toyota rəmzi istifadə olunur. "Crown" sözü Toyotanın digər modellərində də mövcuddur. Məsələn, Corolla, latın dilində "kiçik tac" deməkdir. Camry - yapon sözü olan "kanmuri"nin transkripsiyasıdır, hansı ki, tac mənasını verir. Yeri gəlmişkən, Corona da latın dilində "tac" deməkdir.

Toyota Alphard miniveninin rəmzi
Hər biri öz rəmzinə malik olan bir neçə Toyota Alphard modeli var. Bu avtomobillərin rəmzi ərəb əlifbası əsasında formalaşmışdır (yunan hərfi əsasında α-alfa).

Toyota Reiz(Mark X) X - rəmzi
Bu, Çin istehsalı olan Toyota Reiz minik avtomobilinin rəmzidir. Avtomobil Toyota Mark X-in tam surətidir. Hazırda ilk nəsil Toyota Reiz istehsalatdan çıxarılıb. 2010-cu ildən etibarən Çində Tianjin FAW Toyota Motor Co. Ltd. ilə birgə analoji "Reiz" istehsal olunur. Yeni avtomobillərdə yenə də qeyri-adi "X" rəmzi asılıdır, digərləri fərqli olaraq zərif və gözəl görünür. Doğrudur, Mark X-in Çin analoqunun son versiyalarına adi Toyota rəmzini qurmağa başladılar. Lakin avtomobilləri aldıqdan sonra, bir çox alıcı adi rəmzi "X" loqotipinə dəyişməyi üstün tutur.

Toyota Corolla Fielder universalı üçün fərdi rəmzi
Ölkəmizdə bu modelin avtomobilləri standart Toyota rəmzinə malikdir. Beləliklə, Toyota Corolla Fielder-in qeyri-adi rəmzi yalnız bəzi xarici bazarlarda görünə bilər.

Toyota Corolla hibrid avtomobilləri üçün rəmzi
Bu individual rəmz yalnız Corollanın hibrid versiyalarında quraşdırılır.

“Feniks” rəmzi
Bu rəmz çoxlarına məlum deyil. Yalnız Toyota avtomobillərinin əsl pərəstişkarları bu rəmzi tanıya bilərlər. Rəmzdə Feniks quşu təsvir olunub. Qeyd üçün: Feniks özünü yandırmaq və sonra canlandırmaq imkanı olan mifoloji quşdır. Müxtəlif mədəniyyətlərin mifologiyasında tanınır.Toyota avtomobillərində bu quş Toyota istehsal prosesində yüksək keyfiyyət standartının rəmzidir. Rəmz Toyota Century lüks avtomobil üçün nəzərdə tutulmuşdur. Bu avtomobil özlüyündə Rolls Royce-un yapon analoqunu əks etdirir. Toyota Century yalnız daxili bazar üçün istehsal edilir və Yaponiyadan ixrac edilmir. Yeri gəlmişkən, Yaponiyada belə Toyota Century avtomobilləri yollarda çox nadir halda rast gəlinir.

“Uçan qartal” rəmzi
Bu rəmzi Toyota Harrier krossoverlərində görə bilərsiniz, hansı ki, şirkət Yaponiyada istehsal edir (daxili bazar üçün). Toyota Harrier krossover və yolsuzluqları 1997-ci ildən Yaponiyada satılır. Bir qayda olaraq, bu avtomobillər Lexus markası altında ixrac edilir. O illərdə Lexus markası yapon avtomobil bazarında təqdim olunmamışdır. Məhz bu səbəbdən Toyota, Harrier adı altında lüks krossoverlərini satmaq məcburiyyətində qaldı. Sonralar Lexus markası yapon bazarında ortaya çıxdı. Nəticədə bu gün yapon bazarında Lexus markası (RX krossoveri) və Toyota Harrier adı altında analoq avtomobillər var.

“Scion” rəmzi
Ölkəmizdə avtomobillərdə bu rəmz çox nadirdir. Bir çoxları hətta onun haqqında eşitməyib. Bu yaxınlarda ləğv edilən Scion markasının rəmzidir. Bu marka altında Toyota, ABŞ bazarında bəzi modellər satdı. Bu marka 2003-cü ildə yaradılıb. Bu marka ilə Toyota, ABŞ bazarında gəncləri cəlb etməyi planlaşdırırdı. 2016-cı ilin əvvəlində Toyota bu markanı bağlamaq qərarına gəldi və əvvəllər bu rəmz altında istehsal olunan modellər bütün dünyada klassik Toyota markası altında satılacaqdır. Məsələn, 2016-ci ilə qədər ABŞ-da Toyota 86 avtomobili Scion FR-S olaraq satılırdı.

“İldırım” rəmzi
Bu ildırım rəmzi ən sirli və nadir bir rəmzdir. Rəmz ilk olaraq Toyota RAV4 krossoveri üçün bəzi bazarlarda istifadə edilmişdir. Bu gün, RAV4-ün xüsusi rəmzi demək olar ki, heç yerdə istifadə edilmir. Bu avtomobil modellərində indi əsasən klassik Toyota rəmzi dayanır.

Natiq Nazimoğlu
Qeydiyyat tarixi:
"AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət