Slimfit
  1. AVTO VƏ MOTO

"Toyota"dan imperator üçün xüsusi avtomobil

"Toyota"dan imperator üçün xüsusi avtomobil
Sakura

"Toyota"dan imperator üçün xüsusi avtomobil

Bu il oktyabrın 22-də Tokioda Yaponiyanın yeni imperatoru – Naruhitonun tacqoyma mərasimi təşkil olunacaq. "Toyota” şirkəti xüsusi olaraq bu mərasim üçün eksklüziv kabriolet yaradıb.

Axar.az xəbər verir ki, avtomobil markanın ən bahalı modelinin – "Toyota Senturu” sedanının bazası əsasında hazırlanıb. Sedan kimi bu avtomobil də dörd qapılıdır, bu səbəbdən də kuzovu aşağı hissədə, həmçinin ön və arxa dayaqlarda qismən möhkəmləndirilib.

İmperator kabrioletinin kuzovu qara lakla rənglənib, salona açıq krem rəngdə dəri çəkilib. Arxa qapılar və bamperlər Yaponiya monarxiyasının ənənəvi simvolu olan qızıl xrizantem təsvirləri ilə bəzədilib.

Kabriolet texniki cəhətdən tamamilə adi "Toyota Century” modelini təkrarlayıb. Avtomobil elektrik mühərriki və nikel-hibrid batareyaları ilə birgə işləyən "V8 Toyota 2UR-FSE” 5 litrlik yanacaq mühərriki əsasında benzohibrid güc qurğusu ilə təchiz edilib. Aqreqatın yekun gücü 431 at gücünə bərabərdir.

Avtomobilin beş kilometrə yaxın benefisi təqribən yarım saat çəkəcək, rəsmi tədbirlərdən sərbəst olduğu müddətdə isə Tokio və Kioto saraylarında sərgilənəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR