Slimfit
  1. AVTO VƏ MOTO

Toyota Tundra-nın zombilərdən qorunmaq üçün qeyri-standart pikapı

Toyota Tundra-nın zombilərdən qorunmaq üçün qeyri-standart pikapı
Sakura

Toyota Tundra-nın zombilərdən qorunmaq üçün qeyri-standart pikapı

Ukraynada Toyota Tundra 5,7 CrewMax qeyri-standart pikapı satışa çıxarıılıb.

Bu yolsuzluq maşını ən ekstremal şəraitlər üçün nəzərdə tutulub. Apokalipsis-ə davam gətirmək iqtidarında olan bu maşın Lvov şəhərində hərraca qoyulub. Yolsuzluq maşınını ABŞ- dan olan Devolro tyuninq-atelyenin gənc əməkdaşları hazırlayıblar. Bu Atelye çoxdan bütün dünyada ekstremal şəraitlərə davam gətirən avtomobil tyuninqi ilə məşhurdur.

Beləliklə, Toyota Tundra 2019 modeli küçədə əsl apokalipsis olsa belə, bütün maneəni aşa biləcək gücə malikdir. Fotodan da göründüyü kimi, avtomobilin klirensi əhəmiyyətli dərəcədə artırılmışdır. Bundan başqa, güclü polad bamperlər və pillələr, yolsuzluq şərtləri üçün kənar rezinlər qurulmuşdur, arxada isə — kunq Avtomobil salonu qırmızı-qara rəngli dəriylə düzəldilib. Texniki xüsusiyyətlərinə gəldikdə, bu dəyişdirilmiş Toyota Tundra 580 at gücünə malik 5.7 litrlik V8 mühərriki ilə təchiz edilmişdir.

Avtomobilin qət etdiyi yürüş cəmi 3 min kilometr olduğu qeyd edilir.

Lvov hərracında bu unikal maşının qiyməti 170 min ABŞ dollarından başlanır. Yeri gəlmişkən, bu pikap Toyota Tundra-nın adı çəkilən amerikan atelyesində yığılmış yeganə versiyası deyil. Anoloji ekstremal şəraitlə üçün nəzərdə tutulan maşınlara Xarkov şəhərinin yollarında xeyli vaxtdır ki, rast gəlinir. Ukraynada həmçinin 6-təkərli Toyota Tundra Devolro maşınları da nəzərə çarpır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR