Dərc edildi: Baxış sayı: 734
"Toyota" 3,4 milyon maşını geri qaytarır: ciddi problem var
Yaponiyanın "Toyota Motor Corp" şirkəti dünya üzərində 3,4 milyon avtomobilini geri qaytarmaq istədiyini elan edib.
“Praym” xəbər verir ki, avtomobillərdə olan elektorn nasazlıq səbəbindən, qəza zamanı təhlükəsizlik yastıqları açılmaya bilər.
Problem "Corolla" (2011-2019), "Matrix" (2011-2013), "Avalon" (2012-2018) və "Avalon Hybrid" (2013-2018) modelləri ilə bağlıdır.
Bu avtomobillərdə quraşdırılan elektron idarəetmə bloku qəza zamanı təhlükəsizlik yastıqlarının işləməsində problem yarada bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət