Slimfit
  1. CƏMİYYƏT

Toylarda dövlət himninin səsləndirilməsi doğrudurmu? - AÇIQLAMA

Toylarda dövlət himninin səsləndirilməsi doğrudurmu? - AÇIQLAMA
Sakura

Toylarda dövlət himninin səsləndirilməsi doğrudurmu? - AÇIQLAMA

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında Qanunda Dövlət Himninin mütləq ifa edildiyi hallar göstərilib.

Vətən müharibəsindən sonra bir qayda olaraq qeyri-rəsmi mərasimlərdə də himn səsləndirilir.

Amma himnin, məsələn, toylarda səsləndirilməsi və ya bunun qadağan olması barədə müddəa yoxdur.

Ölkə.Az Dövlət himninin toy mərasimlərində ifa edilməsi ilə bağlı deputat Fazil Mustafanın fikirlərini öyrənib. Millət vəkili bunun tərəfdarı olmasa da, hesab edir ki, burada hər hansı ziyanlı məqam yoxdur:

"Toy məclislərində dövlət himninin səsləndirilməsi insanların seçimi ilə bağlıdır. Bunun nə ziyanı var?! Mən çox da bunun olmasının tərəfdarı deyiləm, amma bir ziyanını da görmürəm. İnsanların ürəyindən keçir deyə himni səsləndirirlər. Söyüş söymürlər, hansısa neqativ addım atmırlar. Ona görə də məncə, bu məsələdə kiməsə irad bildirmək doğru olmazdı. Bunu da hansısa şəkildə qadağan edən norma yoxdur".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR