Slimfit
  1. AZƏRBAYCAN

Toylar da təxirə salınacaq?

Toylar da təxirə salınacaq?
Sakura

Toylar da təxirə salınacaq?

Son günlər koronavirus təhlükəsi ölkənin bütün xidmət sahələrinə öz təsirini göstərib. Bəs insanların ən çox toplaşdığı tədbirlərdən olan toylar necə, təxirə salına bilərmi? Bunu öyrənmək məqsədilə paytaxtda yerləşən bir neçə şadlıq sarayına müraciət etdik və hələlik toy biznesində hər şeyin qaydasında getdiyini, şadlıq saraylarında gündəlik şənliklərin keçirildiyini öyrəndik.

ARB TV-nin efirində yayımlanan “Günə doğru” verilişində məsələ ilə bağlı süjet yayımlanıb.

Toylar insanların ən çox yığışdığı tədbirlərdən olduğu üçün virusun yayılma ehtimalı da çoxdur. Mütəxəssislər də bununla bağlı xəbərdarlıq edir.

Şadlıq saraylarının rəhbərləri hər toydan sonra restoranda təmizlik və dezinfeksiya işlərinin aparıldığını bildirirlər. Onların fikrincə, bununla xəstəliklərin yayılmasının qarşısı alınır.

Ancaq toylarda virus təhlükəsi təkcə sarayın dezinfeksiyası ilə bitmir. İnsanların da bu məsələdə həssas yanaşması vacibdir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında yaradılmış operativ qərargah əhaliyə qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınmasını, yas mərasimlərinin isə kütləvi keçirilməməsini tövsiyə edib.

 

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR