Slimfit
  1. CƏMİYYƏT

Toydan qayıdan polkovnik və ailəsi dəhşətli qəzanın qurbanı oldu

Toydan qayıdan polkovnik və ailəsi dəhşətli qəzanın qurbanı oldu
Sakura

Toydan qayıdan polkovnik və ailəsi dəhşətli qəzanın qurbanı oldu

İyulun 3-ü Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, belə ki, Lənkərana toya gedən ailə Bakıya qayıdarkən qəzaya uğrayaraq həlak olub.

Vəfat edən şəxslərin qohumu İmamverdi Məmmədov bildirib ki, ağırtonajlı yük maşını ötmə zamanı yüksək sürətlə gələrək minik avtomobilini vurub.

Xatırladaq ki, hadisə magistral yolun Salyan rayonunun Marışlı kəndindən keçən hissəsində baş verib. 99-NA-636 dövlət nömrə nişanlı VAZ-2105 markalı maşının yük avtomobili ilə toqquşaraq su kanalına aşması nəticəsində hadisə yerində 3 nəfər - Lənkəran rayon sakinləri 1966-cı il təvəllüdlü Məhərrəm Balaxanı oğlu Fərziyev, onun arvadı Xanım Həmid qızı Fərziyeva və qardaşı İlqar Balaxanı oğlu Fərziyev dünyasını dəyişib.

Qeyd edək ki, avtomobili idarə edən Yardımlı sakini Rəhman Şükür oğlu Əhədov polkovnik olub.

Daha ətraflı Baku TV-nin süjetində:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR