Dərc edildi: Baxış sayı: 192
Toyda mübahisə edən Sabirabad sakini özünə xəsarət yetirib
Sabirabad rayonunda 29 yaşlı gənc özünə xəsarət yetirib.
“Report”un Aran bürosunun məlumatına görə, rayonun Bulduq kənd sakini, 1995-ci il təvəllüdlü Səmədov Əjdər Elşad oğlu bədəninin kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, Ə. Səmədovun toy mərasimində mübahisəsi düşüb, evə qayıtdıqdan sonra o, kəsici alətlə özünə müxtəlif xəsarətlər yetirib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət