Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Toya gələn 11 nəfərdə karonavirus aşkarlandı

Toya gələn 11 nəfərdə karonavirus aşkarlandı
Sakura

Rayon Sanitar Mərkəzinin qərarı ilə məhəlləyə karantin tətbiq olunub

Ens.az bildirir ki, Türkiyənin Bilecik bölgəsinin bir kəndində ev sahibləri də daxil olmaqla,  toyda iştirak edən 11 nəfərin koronavirus testi müsbət çıxıb.  Rayon Sanitar Mərkəzinin qərarı ilə  məhəlləyə karantin tətbiq olunub.

Bozüyük rayonuna İçköy məhəlləsində  toyda iştirak edən toy sahiblərinin də olduğu 11 nəfərin koronavirus testi müsbət çıxıb. Rayon Sanitar Mərkəzi tərəfindən  İçköy Məhəlləsi karantinə alınıb.

İçköy Məhəlləsində yaşayan ailə, uşaqlarının nişan mərasimini keçirmək üçün İstanbula gedib. Daha sonar onlar  İçköyə qayıdaraq toy ediblər.  Toy sahiblərinin də aralarında olduğu 11 nəfərin koronavirus testinin müsbət çıxmasından  sonra, İçköy Məhəlləsi, Sanitar Mərkəzin qərarı ilə karantinə alınıb.

 Kollegiyanın qərarında deyilir:

 " İçköy məhəlləsində yoluxanların sayının çoxluğu səbəbi ilə COVID-19 virusunun yayılmasınının qarşısını almaq  üçün 31 avqust 2020-ci il saat 20.00-dək giriş və çıxışları icazəyə bağlı olmaq şərti ilə karantinə alınmasına, 14 günlük karantin müddətində İçköy rayonunda ediləcək nişan, toy, sünnət kimi bütün məclislərin ləğv edilməsinə qərar verilmişdir. "

Mənbə: .istiklal.com.tr

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR