Slimfit
  1. İQTİSADİYYAT

Toxumluq əkinlərin qeydiyyatı yekunlaşıb

Toxumluq əkinlərin qeydiyyatı yekunlaşıb
Sakura

Toxumluq əkinlərin qeydiyyatı yekunlaşıb

Ötən ilin payızında bu ilin məhsulu üçün əkilmiş dənli bitkilərin (buğda, arpa) toxumluq əkin sahələrinin qeydiyyatı artıq başa çatıb. Qeydiyyatın aparılmasında əsas məqsəd toxumluq əkinlərin uçotunun dəqiqləşdirilməsi, aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün tövsiyələrin verilməsi, həmçinin aprobasiya aparılacaq sahələrin əvvəlcədən müəyyən edilməsidir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bölgələrdə toxumluq əkin sahələrinin qeydiyyatı ötən il dekabrın 30-dan başlayaraq Regional Toxum Sertifikatlaşdırma mərkəzlərinin (RTSM) müvafiq rayonlar üzrə baş aqronomları tərəfindən aparılıb, qəbul edilmiş sənədlər Dövlət Xidmətinə təqdim edilib. Ümumilikdə, respublika üzrə 61 min hektardan artıq toxumluq əkin qeydiyyata alınıb.

Qeyd edək ki, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən ilk dəfə olaraq toxumluq və tinglik əkin sahələrinin uçotunun dəqiq və müəyyən edilmiş müddətdə aparılması məqsədilə yeni qeydiyyat kitabçaları hazırlanıb, Dövlət Xidməti tərəfindən möhürlənərək RTSM-nin rayonlar üzrə baş aqronomlarına verilib, həmçinin toxumluq əkinlərin elektron qaydada qeydiyyatının aparılmasına başlanılıb. Bu istiqamətdə işlər yaxın zamanlarda yekunlaşacaq. Bu da toxumluq və ting əkinlərinin uçotunun dəqiq aparılmasında şəffaflığın tam təmin olunmasına zəmin yaradacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR