Slimfit
  1. CƏMİYYƏT

Tovuzda əhaliyə pulsuz hüquqi yardım göstərilib

Tovuzda əhaliyə pulsuz hüquqi yardım göstərilib
Sakura

Tovuzda əhaliyə pulsuz hüquqi yardım göstərilib

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Vəkillər Kollegiyasından Azvision.az -a bildiriblər ki, tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq avqustun 9-da Kollegiyanın təşəbbüsü ilə Tovuzrayonunun əhalisinə ödənişsiz hüquqi yardım göstərilib. 

Vəkillər Kollegiyasının üzvü, “Kəngərli və partnyorları” bürosunun vəkili, professor Mais Əliyev tərəfindən Tovuz Rayon Gənclər evində bir qrup gəncə sosial hüquqların müdafiəsi mövzusunda təlim keçilib. Həmçinin 20-dən çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilib, onların problemləri dinlənilib, müvafiq məsləhətlər verilib. Həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılıb. 

Vəkillər Kollegiyası tərəfindən belə tədbirlərin respublikanın digər regionlarında da keçirilməsi nəzərdə tutulub. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR