Slimfit
  1. AZƏRBAYCAN

Tovuzda “ASAN Həyat” kompleksi tikilir

Tovuzda “ASAN Həyat” kompleksi tikilir
Sakura

Tovuzda “ASAN Həyat” kompleksi tikilir

Bu ilin ikinci yarısında istifadəyə veriləcək Tovuz "ASAN Həyat" kompleksinin tikintisi davam edir.
AzVision.az xəbər verir ki, 2 hektar sahədə inşası aparılan kompleksdə tikinti işlərinin 60 faizi başa çatıb. 

Kompleks üç korpusdan ibarətdir. Əsas bina "ASAN Xidmət" mərkəzi - 4, kino-klub və kafe binası 3, peşə təlimi mərkəzi isə 2 mərtəbədən ibarətdir. Bundan başqa kompleksdə vətəndaşların istirahəti üçün kiçik park da yaradılır. 

Kompleksin 2100 kvadratmetr sahəsində "ASAN Xidmət" mərkəzi fəaliyyət göstərəcək. Bütün "ASAN Xidmət" mərkəzlərində olduğu kimi burada da 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət təklif olunacaq. 

Binanın tikintisində 100-ə yaxın işçi çalışır və onların əksəriyəti rayon sakinləridir. 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR