Tovuz hadisələrində şəhid olanların xatirəsi yad edilib
YAP Nəsimi rayon təşkilatı və onun Gənclər Birliyi 12 iyul tarixində işğalçı Ermənistanın Azərbaycanın Tovuz rayon ərazisindəki sərhədlərinə təxribat xarakterli silahlı təcavüzünün qarşısını alarkən şəhid olmuş zabit və əsgərimizin xatirəsinə həsr edilmiş video-Anım tədbiri keçirib.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, video-tədbirə 70-dən çox gənc və şəhid polkovnik İlqar Mirzəyevin oğlu YAP Nəsimi təşkilatı Gənclər Birliyinin fəalı Elvin Mirzəyev, millət vəkili YAP Nəsimi rayon təşkilatının Qadınlar Şurasının üzvü Fatma Yıldrım da iştirak edib.
Tədbiri YAP Nəsimi rayon təşkilatının sədri,millət vəkili Məlahət İbrahimqızı bu ilin 12 iyul tarixində işğalçı Ermənistanın Azərbaycanın Tovuz rayon ərazisi boyunca sərhədlərini və sərhəd bölgələrinı ağır artileriya silahları ilə atəşə tutmasından və törətmiş olduğu hərbi cinayətdən danışdı. O dünya birliyinin və ATƏT-in Minsk Qrupunun susqunluğunu və fəaliyyətsizliyini tənqid edərək tezliklə Azərbaycan xalqının, onun qüdrətli Milli Ordusu və fəaliyyəti boyu dövlətçiliyimizi və milli maraqlarımızı qətiyyət və prinsipiallıqla müdafiə edən, Ali Baş Komandanın əzmi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyini bildirdi.
Məlahət İbrahimqızı Ali Baş Komandan, möhtərəm cənab Prezidentimizin rəhbərliyi ilə uğurla həyata keçirilmiş Qisas əməliyyatı haqqında gənclərə məlumat verdi. M.İbrahimqızı Tovuz müharibəsi Azərbaycan xalqının Xalq-Milli Ordu-Ali Baş Komandan arasındakı sarsılmaz birlik və həmrəyliyini bir daha dünyaya nümayiş etdirdi.
Millət vəkili Fatma Yıldrım Tovuz müharibəsində Azərbaycanın Milli Ordusunun düşmənə qarşı göstərdikləri şücaətdən, onların bu müharibədə, Qarabağın azad olunma tarixinə Qəhrəmanlıq səhifəsi yazdıqlarından danışdı. YAP Nəsimi rayon Gənclər Birliyinin sədri Salman Salmanov şəhidlərimizin tariximizin əbədi ölməzlik və şərəf səhifəsi olduğundan, gənclərin şəhidlərə olan borcundan, onların arzularını gənclərin yerinə yetirəcəyindən danışdı. O, çıxışını möhtərəm Prezidentimizin səsləndirmiş olduğu Azərbaycanın hər bir gənci qəhrəman şəhidlərimizdən örnək götürməli və onlara oxşamalıdır fikirlərini xatırladaraq, şəhidlərin bugünkü və sabahkı gənclər üçün nümunə və amal olacağını söylədi. Tədbir YAP Nəsimi rayon təşkilatı tərəfindən hazırlanmış Tovuz şəhidlərinin xatirəsinə həsr edilmiş xüsusi proqramla davam etdi. Tovuz şəhidlərinin xatirəsinə həsr edilmiş video çarxın təqdimatı, YAP Nəsimi Gənclər Birliyinin üzvləri Məmmədov Səddamın ifasında şəhid Xəyyam Daşdəmirovun son nəfəsində anasına yazdığı məktub və YAP Nəsimi təşkilatı GB-nin fəalı Mələk Qədirlinin ifasında gənc YAP fəalı Rəna Süleymanlının polkovnik İlqar Mirzəyevə həsr etdiyi şer tədbir iştirakçılarına duyğusal anlar yaşatdı. Tədbirin sonunda şəhid polkovnik İlqar Mirzəyevin oğlu YAP Nəsimi Gənclər Birliyinin fəalı Elvin Mirzəyev Atasının qəhrəmanlığından, onun vətən, dövlət və millət sevgisindən fəxrlə danışdı. O, Ali Baş Kamandanın ona zəng etməsindən Atasının hünər dolu şücaətindən danışmasını yüksək qiymətləndirməklə gələcəkdə onun da Atasının yolunu davam etdirəcəyinə Ali Baş Kamandana söz verdiyini bildirdi. O, Tovuz şəhidlərinin xatirəsinə belə bir tədbirin təşkil olunduğuna görə ailəsi adından minnətdarlıq etdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət