Slimfit
  1. CƏMİYYƏT

Tovuz döyüşləri ilə bağlı keçirilən kütləvi tədbirlər yoluxma hallarını artıracaq?

Tovuz döyüşləri ilə bağlı keçirilən kütləvi tədbirlər yoluxma hallarını artıracaq?
Sakura

Tovuz döyüşləri ilə bağlı keçirilən kütləvi tədbirlər yoluxma hallarını artıracaq?

“Bu günlərdə statistikada dəyişikliklər varsa da, müsbət dəyişikliklərdən söhbət gedir. Amma, təbii ki, inkubasion adlanan bir dövr var. Hər hansı bir toplaşma ilə bağlı artım gözlənilsə də, hələ ki, biz bunu görmürük”.

Ens.az Report.az-a istinadən xəbər verir ki,bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Aparat rəhbəri “Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbi qulluqçuların yas mərasimində yaşanan böyük izdihamla əlaqədar olaraq, koronavirusa yoluxma sayında mənfi tendensiya gözləyirsinizmi?” sualına isə belə cavab verib: “İnsanların vətənpərvər və emosional duyğuları onları müəyyən sərhədləri keçməyə vadar edir. Amma unutmayaq ki, koronavirus mövcuddur, ona görə də fiziki məsafənin saxlanılması və maskadan istifadə vacibdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR