Dərc edildi: Baxış sayı: 501
"Tottenhem" dağılır: 11 futbolçu gedir
1 milyard funt-sterlinqə başa gələn yeni stadionunun açılışını edən "Tottenhem" mövsümün sonunda heyətində böyük dəyişikliklər edəcək.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, London klubu 11 futbolçusunu satmaq qərarına gəlib.
İddiaya görə, "Tottenhem"in satmaq istədiyi futbolçulardan biri Kristian Eriksendi. Avropa nəhənglərinin hədəfində olan danimarkalı ulduza indiyədək gələn təklifləri rədd edən klub rəhbərliyi bu dəfə müsbət cavab verəcək.
Baş məşqçi Maurisio Poçettinonun gedişinə icazə verdiyi fubolçular arasında Kevin Trippier, Serj Auryer, Danni Roze və Tobi Alderveyreld də var.
"Tottenhem" həmçinin Vitor Vanyama, Georges-Kevin Nkoudu və Fernando Llorente ilə yollarını ayıracaq. Məşqçilər korpusu alternativlər tapacağı halda Erik Lamela və Mussa Sissoko da satışa çıxarılacaq. Bundan başqa icarə əsasında "Fənərbaxça"da çıxış edən Vinsent Yanssenin də transfer hüququ satılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət