Dərc edildi: Baxış sayı: 692
“Total” Notr-Dam üçün 100 milyon avro ayırdı
Fransanın “Total” neft-qaz korporasiyası Paris Notr-Dam kilsəsinin bərpası üçün 100 milyon avro vəsait ayıracaq.
Axar.az xəbər verir ki, bu barədə kompaniyanın baş direktoru Patrik Puyanne danışıb.
”Fondation du Patrimoine” Fondunun ilk sponsoru “Total” Paris Notr-Dam kilsəsinin rekonstruksiyası üçün 100 milyon avro ayıracaq”, - Puyanne bildirib.
Baş direktor Tvitter hesabında etdiyi paylaşımı Parisin devizi – “Fluctuat nec mergitur” (“Üzür, ancaq batmır”) ilə birlikdə təqdim edib.
Qeyd edək ki, bu gün daha bir fransız milyarder Fransua Anri Pinonun da Notr-Dam kilsəsinin bərpası üçün 100 milyon avro ayırdığı barədə əlumat yayılmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət