Slimfit
  1. AZƏRBAYCAN

Torpaq sahələrindən istifadə ilə bağlı yeni qaydalar

Torpaq sahələrindən istifadə ilə bağlı yeni qaydalar
Sakura

Torpaq sahələrindən istifadə ilə bağlı yeni qaydalar

“Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları

haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və

“Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin

xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında”

Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi

barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 

1683-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan

Respublikası Prezidentinin 2019-cu il 29 noyabr tarixli 865 nömrəli

Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il

28 dekabr tarixli 238 nömrəli Qərarı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 1998, № 12, maddə 805; 2002, № 11,

maddə 675) ilə təsdiq edilmiş “Torpaq sahiblərinin onlara məxsus

torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin

təkindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci bənddə “dağ-mədən ayırması və xüsusi icazə”

sözləri “icazə” sözü ilə əvəz edilsin;

1.2. 2.1.7-ci yarımbənddə “müvafiq icra hakimiyyəti orqanlarına” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii

Sərvətlər Nazirliyinə” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il

9 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 1999, № 1, maddə 43; 2001, № 2, maddə

116; 2005, № 1, maddə 49; 2006, № 9, maddə 822; 2007, № 12,

maddə 1336; 2019, № 12, maddə 2092) ilə təsdiq edilmiş “Faydalı

qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq

quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan

yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları”nda

aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.3-cü bəndə “Fövqəladə Hallar Nazirliyində” sözlərindən

əvvəl “Azərbaycan Respublikasının” sözləri əlavə edilsin;

2.2. 1.4-cü bənddə “xüsusi razılıq və ya icazə vermiş Dövlət

Mineral Xammal Agentliyi, habelə Azərbaycan Respublikasının

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi”

sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının

Energetika Nazirliyi” sözləri ilə əvəz edilsin;

2.3. 1.6-cı bənddə “Fövqəladə Hallar Nazirliyi və xüsusi razılıq

və ya icazə verən orqanla” sözləri “fəaliyyət istiqamətlərinə uyğun

olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi,

Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə” sözləri ilə əvəz

edilsin;

2.4. 2.1-ci bəndin birinci abzasına “Fövqəladə Hallar

Nazirliyinin” sözlərindən əvvəl “Azərbaycan Respublikası” sözləri

əlavə edilsin;

2.5. 2.2-ci bəndin birinci abzasının birinci cümləsində

“Fövqəladə Hallar Nazirliyi, faydalı qazıntıların çıxarılmasına xüsusi

razılıq və ya icazə verən Dövlət Mineral Xammal Agentliyinin, habelə

Ekologiya və Təbi Sərvətlər Nazirliyinin” sözləri “Azərbaycan

Respublikası Fövqəladə Hallar Nazirliyinin, fəaliyyət istiqamətlərinə

uyğun olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər

Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin” sözləri

ilə əvəz edilsin və həmin bəndin üçüncü abzasına “Fövqəladə Hallar

Nazirliyi” sözlərindən əvvəl “Azərbaycan Respublikasının” sözləri

əlavə edilsin;

2.6. 2.4-cü bəndin birinci cümləsində “Fövqəladə Hallar

Nazirliyi və xüsusi razılıq və ya icazə verən orqanlar” sözləri

“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və fəaliyyət

istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya

və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Energetika

Nazirliyi” sözləri ilə əvəz edilsin;

2.7. 2.5-ci bənd üzrə:

2.7.1. birinci abzasa “Fövqəladə Hallar Nazirliyi” sözlərindən

əvvəl “Azərbaycan Respublikasının” sözləri əlavə edilsin və həmin

abzasda “xüsusi razılıq və ya icazə vermiş orqanın da nümayəndəsi”

sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan

Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan

Respublikası Energetika Nazirliyinin nümayəndəsi də” sözləri ilə

əvəz edilsin;

2.7.2. üçüncü abzasın ikinci cümləsində “Fövqəladə Hallar

Nazirliyi və xüsusi razılıq və ya icazə vermiş orqanlara” sözləri

“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və

fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının Ekologiya və

Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Energetika

Nazirliyinə” sözləri ilə əvəz edilsin;

2.8. həmin Qaydalara 3 nömrəli əlavə - “Faydalı qazıntıları

çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının

və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı

qurğuların ləğvinin Siyahısı”nın 9-cu sütununda “Xüsusi icazənin və

“Dağ-mədən ayırması” aktının reyestr” sözləri “İcazənin qeydiyyat”

sözləri ilə əvəz edilsin;

2.9. həmin Qaydalara 4 nömrəli əlavə - “Faydalı qazıntıları

çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının

və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı

qurğuların konservasiyasının Siyahısı”nın 9-cu sütununda “Xüsusi

razılıq və ya icazə və “Dağ-mədən ayırması” aktının reyestr” sözləri

“İcazənin qeydiyyat” sözləri ilə əvəz edilsin.

3. “Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə

haqqın alınması qaydasının və miqdarının təsdiq edilməsi barədə”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr

tarixli 164 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 598; 2005, № 1, maddə 49;

2007, № 12, maddə 1336) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1-ci hissədən “və miqdarı” sözləri çıxarılsın;

3.2. həmin Qərarla təsdiq edilmiş “Yerin təki haqqında geoloji

informasiyadan istifadəyə görə haqqın alınması qaydası və miqdarı”

üzrə:

3.2.1. adından “miqdarı” sözü, 1.1-ci bəndindən “və miqdarını”

sözləri çıxarılsın;

3.2.2. 1.2-ci bəndin birinci cümləsinə “haqq” sözündən əvvəl

“Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilən

miqdarda” sözləri əlavə edilsin;

3.2.3. 2-ci hissə ləğv edilsin;

3.2.3. 3.1-ci bənddən “geoloji informasiyadan istifadə formalarına və ondan istifadənin qayda və şərtlərinə uyğun olaraq ETSN

tərəfindən hesablanmış” sözləri çıxarılsın və həmin bənddə “müvafiq

hesaba” sözləri “ETSN-nin hesabına” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il

7 iyul tarixli 88 nömrəli Qərarı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2003, № 7, maddə 388) ilə təsdiq edilmiş

“Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi

mənbələrinin və ödənişin həcminin müəyyənləşdirilməsi Qaydaları”nın 3.3-cü bəndindən “və miqdarı” sözləri çıxarılsın və həmin

bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə

haqqın miqdarı Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən

müəyyən edilir.”.

5. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq

edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 

2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə

753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə

1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr

2091, 2095; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il

4 mart tarixli 83 nömrəli və 9 aprel tarixli 132 nömrəli qərarları)

“Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına

əlavə”nin “11.5.2. “Faydalı qazıntılar” paraqrafında “lisenziyaların”

sözü “lisenziyalar və icazələrin” sözləri ilə əvəz edilsin. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR