Slimfit
  1. CƏMİYYƏT

Torontoda Xocalı soyqırımı ilə bağlı fləşmob keçirilib

Torontoda Xocalı soyqırımı ilə bağlı fləşmob keçirilib
Sakura

Torontoda Xocalı soyqırımı ilə bağlı fləşmob keçirilib

Kanadada yaşayan soydaşlarımız mənfur ermənilərin təcavüzkar simasını göstərmək üçün mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirirlər. Belə layihələrdən biri də Toronto şəhərində baş tutub.

Belə ki, şəhərin mərkəzi küçələrinin birində Xocalı soyqırımı ilə bağlı fləşmob keçirilib. Tədbir azərbaycanlıların Kanadada Multikultural Mərkəzinin (Azerbaijani Canadian Multicultural Center) təşəbbüsü ilə baş tutub.

Tədbirdə musiqiçilər Aydın Mehralıyev, Şervin Şadpur, Əhəd Məmmədov və Rövşən Tağıoğlunun müşayiəti ilə “Sarı gəlin” ifa olunub. 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib. Şəhəri yerlə-yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutub.

Bu qırğının nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca olmaqla, 613 nəfər həlak olub, səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR