Slimfit
Tonzillit
Sakura

Tonzillit və ya angina

Tonzillit və ya angina (lat. angina – sıxılma, boğma, boğulma) — boğazgəlmə, badamcıqların və boğazlimfaidlərinin iltihablı kəskin infeksion xəstəliyi.Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır.

Əlamətləri

Geniş yayılmış kəskin yoluxucu-allergik xəstəlik. Törədiciləri: streptokokk, stafilokokk və s. Uşaqlar və gənclərdəxüsusilə tez-tez baş verir. Xəstəliyin bir neçə forması mövcuddur: kataral, follikulyar, fibrinoz, fleqmonoz, lakunar, və s. Ən yüngül forması kataral anginadır. Bu zaman badamcıqlar qırmızı olur, bir qədər şişir; dil isə quru və ərplə örtülü olur. əsnəyin selik örtüyü qızarır, boğaz gicişir və quruyur, udqunduqda ağrı olur. Yaşlı adamlarda temperatur çox artmır, uşaqlarda isə 39–40°C-yə qədər yüksəlir. Xəstəlik 3–5 gün çəkir. Follikulyar angina adətən, qəfil titrətmə ilə başlayır, temperatur 39–40°C-yə qalxır, ağızda sulanma, boğazda kəskin ağrı olur. Xəstənin əl-ayağı, beli və başıağrıyır, özünü əzgin hiss edir. Qızarmış və şişmiş badamcıqlarda çoxlu sarı nöqtə (irin) əmələ gəlir. İnfeksiya ağır olduqda fleqmonoz anginaya keçir. Bu zaman temperatur 38–39°C-yə qalxır, titrətmə başlayır, boğaz ağrısı artır, udqunanda daha da güclənir, xəstə ağrıdan ağzını açmağa qorxur və s. Əgər tez-tez qusma baş verirsə, bu meningit əlaməti kimi qəbul edilir. Səsin tembri dəyişir. Lakunar angina zamanı temperatur tez artır, xəstə özünü əzgin hiss edir, boğazı və başı ağrıyır. Badamcıq çuxurları (lakunalar) irinlə dolur. Angina oynaq, böyrək və ürək xəstəliyinə səbəb ola bilər. Fəsad - revmatizm, meninqit, laringit, limfadenit və s.

 

Müalicəsi

Xəstəliyin ilk günlərində hərarət normaya düşənə qədər yataq rejimi təyin edilir. Qida vitaminlərlə zəngin, nə soyuq, nə də çox isti olmalıdır. Bağırsağın fəaliyyəti nəzarətdə saxlanılmalıdır. Bol miqdarda maye qəbul edilməlidir. Tonzillitin yüngül formalarında sulfanilamid həblər, ağır formalarda isə antibiotiklər təyin edilir. Qarqara üçün ilıq halda borat turşusu, xörək duzu, kalium-permanqanat, furasilin, soda və duz qarışığı, kalendula, şalfey tərkibli məhlullar istifadə edilir. Gündə altı dəfəyə qədər boğaza isidici kompreslər (1/3 spirt və 2/3 su) qoymaq, buxar vannaları, həmçinin fizioterapiya təyin edilir. Tez-tez qan və sidik analizi xəstəliyin fəsadsız ötüşməsi üçün lazımi müalicə aparılmasına kömək edir. Tonzillit yaraları zamanı yaralar yod, lyapis və s. ilə silinir. Xəstənin otağını, istifadə etdiyi qablarıayırmaq lazımdır.

 

Profilaktikası

Orqanizmi möhkəmləndirmək, udlaq və ağız xəstəliklərini (xroniki tonzillit, xəstə diş) vaxtında müalicə etdirmək. Angina həm də bəzi ümumi yoluxucu xəstəliklərin (skarlatina, difteriya), habelə leykoz qan xəstəliyinin simptomlarından biri ola bilər. Ona görə də anginanın ilk əlamətləri baş verən kimi həkimə müraciət etmək vacibdir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR