Slimfit
  1. GÜNDƏM

Tonoyanın başçılığı ilə cəbhədəki bu təxribatlar... - Şərh

Tonoyanın başçılığı ilə cəbhədəki bu təxribatlar... - Şərh
Sakura

Tonoyanın başçılığı ilə cəbhədəki bu təxribatlar... - Şərh

Azərbaycanda gedən inkişaf və hərbi əməkdaşlıq razılaşmaları Ermənistan tərəfini narahat etdiyi üçün onlar cəbhə xəttində belə təxribatlara əl atırlar.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Zaur Məmmədov iyunun 12-də Füzuli istiqamətində planlı təlim uçuşları həyata keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin Ermənistan silahlı qüvvələrinin OSA zenit-raket kompleksi vasitəsilə vurulması cəhdlərindən danışarkən deyib. O bildirib ki, Azərbaycan ordusu belə təxribatlara qısa zamanda adekvat cavab verməlidir:

“Son zamanlar cəbhə xəttində Ermənistan Müdafiə naziri David Tonoyanın şəxsən başçılığı ilə Azərbaycana qarşı müxtəlif təxribatlar həyata keçirilir. Bu təxribatların əsas səbəbi Azərbaycanı provokasiyaya çəkmək və təzyiq etməkdir. Təbii ki, Ermənistan ölkəmizə heç vaxt təzyiq edə bilməz. Bu, onların gücü daxilində olan məsələ deyil. Ermənistan silahlı qüvvələri aviasiya vasitələrimizi vurmağa çalışması və bu cəhdlərin uğursuz alınması bir daha onu göstərir ki, İrəvan heç bir halda Azərbaycana qarşı hərbi əməliyyat keçirə bilməz. Onların silahları köhnədir və istifadəyə yararlı deyil. Bütün bunları nəzərə alaraq aydın şəkildə görünür ki, Ermənistan sadəcə cəbhədə gərginlik yaratmağa çalışır”.

Politoloq Azərbaycan Ordusunun gücündən və hazırlıqlı olmasından bəhs edib:

“Videoda da görünür ki, Azərbaycan hərbçiləri çox peşəkarlıqla və ustalıqla təxribatın qarşısını alırlar. Ermənistan və tərəfdarları artıq başa düşməlidir ki, onlar odla oynayır və bu, çox ağır nəticələr verə bilər. Ermənistan bu təxribatlara son verməsə, müharibə qaçılmaz olacaq. Çünki heç bir halda düşmən tərəfinə bu qədər güzəştə getmək olmaz”.

Qeyd edək ki, iyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib. Təlim zamanı Ermənistan silahlı qüvvələri OSA zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa cəhd göstərib və cəhdləri uğursuz alınıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR