Slimfit
  1. AZƏRBAYCAN

Tonoyan Bakıya müharibə çağırışına “aydınlıq” gətirdi

Tonoyan Bakıya müharibə çağırışına “aydınlıq” gətirdi
Sakura

Tonoyan Bakıya müharibə çağırışına “aydınlıq” gətirdi

Boltonun Ermənistana ABŞ silahının tədarükü məsələsiylə bağlı bəyanatından sonra irəliyə doğru heç bir addım atılmayıb.

Axar.az xəbər verir ki, bunu “Amerikanın səsi”nə müsahibəsində Ermənistan Müdafiə naziri David Tonoyan deyib. O, Rusiya qoşunlarının Ermənistanda yerləşməsinin ABŞ-la əməkdaşlığa mane olmadığını bildirib.

Müdafiə naziri Suriyaya erməni humanitar missiyasının Rusiyanın, eləcə də Suriyadakı erməni icmasının xahişi ilə göndərildiyini bildirib.

Tonoyan həmçinin Azərbaycanı yeni müharibə ilə təhdid etməsinə aydınlıq gətirib. O, Azərbaycanın Ermənistan və Qarabağ separatçılarına qarşı güc mövqeyindən danışmağının qəbuledilməz olduğunu bildirib:

“Mən hər şeyi müdafiə naziri qismində deyirəm. Bir daha təkrar edirəm ki, Ermənistanla, erməni xalqıyla, ordu və müdafiə naziriylə güc mövqeyindən danışmaq qəbuledilməzdir. İctimaiyyət də bunu qəbul etməlidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR