Dərc edildi: Baxış sayı: 612
Tomas Qolts: "ASALA bütün dünyaya təhdiddir"
Ens.Az xəbər verir ki, bunu Trend-ə amerikalı jurnalist, Montana Universitetinin professoru, ADA Universitetinin fəxri doktoru Tomas Qolts deyib.
O bildirib ki, ASALA-nın fəaliyyəti təkcə Avropada deyil, həm də ABŞ-da yayılıb:
"Bu təşkilat, demək olar ki, erməni diasporunun yaşadığı bütün ölkələrdə fəaliyyət göstərir. Onlar hələ də 1915-ci il qondarma "erməni soyqırımı" ilə bağlı qisas almağa çalışır".
T.Qoltsun sözlərinə görə, təəssüf ki, ASALA bütün dünyada erməni icmaları üçün "demək olar ki, doğma" ekstremist qrupdur və icmalardan dəstək alır.
Juralist bildirib ki, ASALA-nın "yatmış" qollarının gizli xarakteri sayəsində bu təşkilatın terror aktlarının qarşısının alınması çətinlik yaradır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət