Layihənin təxmini dəyəri 200 milyon dollardır.
Şirkət nümayəndələri ümid edirlər ki, Kruz yalnız yeni fantastik blokbastere-də aparıcı rolu oynamayacaq, həm də onun çəkilişlərini sponsorlaşdıracaq. Layihənin təxmini dəyəri 200 milyon dollardır. Eyni zamanda, aktyorların kosmosa göndərilməsini tələb edən bir çox səhnə yer orbitində çəkiləcək. Kruz Universalın təklifinə razı olsa, 60 milyon dollara qədər pul alacaq. Bu məbləğə baş rolda oynama haqqı, həmçinin layihənin prodüsser xidmətləri üçün ödəniş daxildir. Ancaq ehtimal ki, aktyor prolatdan alınacaq pulun bir hissəsini də tələb edəcək. Adı hələ açıqlanmayan film, planetimizin orbitində çəkilən ilk kino olacaq. Layihədə Universal ilə yanaşı NASA və İlon Maskın rəhbərlik etdiyi SpaceX də iştirak edəcək. Filmin rejissoru “Amerikada düzəldilib” və “Gələcəyin həddi” filmləri ilə tanınan Daq Layman olacaq.
Mənbə: discover24.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət