Slimfit
  1. DÜNYA

Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarının əmtəələrinin satıldığı ilk rəsmi mağaza açılıb

Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarının əmtəələrinin satıldığı ilk rəsmi mağaza açılıb
Sakura

Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarının əmtəələrinin satıldığı ilk rəsmi mağaza açılıb

Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının əmtəələrinin satıldığı ilk rəsmi mağaza açılıb.

AZƏRTAC xəbər verir ki, mağaza iyulun 23-də Tokionun məşhur Şincuku stansiyasında işə başlayıb. Burada alıcılara təqribən 700 adda məhsul, o cümlədən futbolkalar, dəsmallar və açar üçün breloklar təklif olunur.

Mağazanın ilk alıcısı tikilməkdə olan yeni stadionun yaxınlığında yaşayan 76 yaşlı bir qadın olub. Həmin qadın bildirib ki, mağazaya Oyunların talismanları olan Miraytova və Someytinin yumşaq oyuncaqlarını almaq üçün gəlib.

Mağazanın 2020-ci ilin sentyabrınadək, yəni Oyunlar başa çatanadək işləyəcəyi bildirilir.

Vüqar Ağayev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR