Slimfit
  1. İDMAN

Tokio olimpiadası azarkeşsiz keçirilə bilər

Tokio olimpiadası azarkeşsiz keçirilə bilər
Sakura

Tokio olimpiadası azarkeşsiz keçirilə bilər

Tokio Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Yosiro Mori yarışı azarkeşsiz keçirməyi düşünə biləcəklərini istisna etməyib. 

Ens.az "Report"-a istinadən xəbər verir ki, funksioner bu barədə yerli NHK telekanalına müsahibəsində bildirib. O, hazırda olimpiadanı tamaşaçısız təşkil etməyi nəzərdən keçirmədiklərini söyləsə də, bunun yeganə mümkün ssenari olub-olmadığını düşünmələrinin gərəkliyini vurğulayıb.  

Mori hazırkı vəziyyətdə "Tokio-2020"nin ləğvinin də mümkünlüyünü sözlərinə əlavə edib. 

Xərclərin azaldılması və infeksiyanın yayılmasının qarşısının alınması üçün azarkeş sayını ixtisara salmaq planları barədə suala cavab olaraq Mori qeyd edib ki, bu, çətin vəzifədir, çünki müəyyən meyarların işlənilməsini tələb edir. O, nümunə kimi yalnız Yaponiyada daimi yaşayanların idman obyektlərinə buraxılma variantını göstərib.

Qeyd edək ki, Tokio olimpiadası 2021-ci il 23 iyul - 8 avqustda gerçəkləşəcək. 

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR