Slimfit
  1. İDMAN

Toğrul Əsgərov: Güləşi seçməsəydim, mütləq futbolçu olardım

Toğrul Əsgərov: Güləşi seçməsəydim, mütləq futbolçu olardım
Sakura

Toğrul Əsgərov: Güləşi seçməsəydim, mütləq futbolçu olardım

Gəncədə “Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində olimpiya çempionu Toğrul Əsgərov haqqında çəkilən film nümayiş olunub. 

Oxu.Az xəbər verir ki, ekran işində güləşçinin həyatı əks olunub. 

Heydər Əliyev Mərkəzində reallaşan nümayişə şəhərin idman ictimaiyyətinin nümayəndələri ilə yanaşı, “Kəpəz” klubunun rəsmiləri də dəvət alıb. Filmin təqdimatından sonra gəncəli pəhləvan çıxış edərək, izləyicilərə dəstəyə görə minnətdarlığını bildirib. 

O, “güləşi seçməsəydim, mütləq futbolçu olardım” deyərək yarıciddi zarafat da edib. Futbol vurğunu və “Kəpəz”in azarkeşi kimi tanınan Əsgərov mütəmadi olaraq komandanın çıxışı ilə maraqlandığını və klubun düşərgəsinə baş çəkdiyini bildirib: 

“Bütün gəncəli futbol azarkeşləri kimi “Kəpəz” mənim də uşaqlığımın komandasıdır. Səkkiz yaşımdan başlayaraq stadiona gedib doğma komandamıza dəstək verdiyim günlər heç vaxt yadımdan çıxmaz.

Həmişə istəyirəm ki, klubumuz zirvələrdə olsun. Bu yoldada müəyyən addımlar atılsın. Mən də əlimdən nə gəlirsə, etməyə çalışıram. Hərdən bazaya gedib futbolçulara mənəvi dəstək verirəm.

Bu klubun rəhbərliyində təmsil olunan bütün insanlarla münasibətim daim yaxşı olub. Bu gündə belədir. “Kəpəz”in yaxşı oyunlar göstərməsini, irəliləməsini, uğur qazanmasını arzulayıram. Hər bir gəncəli futbol azarkeşi kimi istəmişəm ki, Gəncə klubu Premyer Liqada yarışsın, “Qarabağ” və “Neftçi” ilə eyni cərgədə dursun. Ümid edirəm ki, gələn il komanda elitada mübarizə aparacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR