Slimfit
  1. CƏMİYYƏT

Tofiq Zülfüqarov: "Qarabağdakı rejimi separatçı adlandırmaq olmaz”

Tofiq Zülfüqarov: "Qarabağdakı rejimi separatçı adlandırmaq olmaz”
Sakura

Tofiq Zülfüqarov: "Qarabağdakı rejimi separatçı adlandırmaq olmaz”

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Xankəndidəki saxta rejimi separatçı adlandırmağın yanlış olduğunu bildirib. O qeyd edib ki, Qarabağdakı rejimə separatçı deməklə, onları münaqişə tərəfi kimi tanıyırıq. Onda gərək onlarla danışıq aparaq. Bəs, onda Xankəndidəki rejimi necə adlandıraq?

Ens.Az-ın məlumatına əsasən,mövzunun maraqlı olduğunu nəzərə alaraq Qaynarinfo saytı Tofiq Zülfüqarovun özü ilə əlaqə saxlayıb.

- Burada şərhim ondan ibarət idi ki, Qarabağdakı saxta rejimi separatçı adlandırmaq səhvdir. Termin düzgün istifadə olunmur. Çünki onlara separatçı dedikdə, münaqişə tərəfi kimi gələcək proseslərdə iştirak etməsinə zəmin hazırlayırıq. Xarici ölkələr bildirir ki, Bakı onlarla danışıqlar aparmalıdır. Hətta ermənilər deyir ki, onlarla danışıqlar beynəlxalq vasitəçilərin iştirakı ilə aparılmalıdır. Əslində isə vəziyyət fərqlidir. Azərbaycan Prezidenti bildirib ki, Xankəndidəki hərbi xunta adi insanları girov saxlayır və blokada şəraitini bu rejim özü yaradır.

- Xankəndidəki rejimi necə adlandırmaq daha düzgündür?

- Separatçı sözünün əvəzinə, onları aneksionist siyasəti həyata keçirən rejim, işğalçı xuntanın qalıqları, hərbi xunta adlandırmalıyıq. Onlar separatçı deyillər. Separatçı dedikdə, öz müqəddəratını həll etmək hüququna malik olan siyasi bir mühit nəzərdə tutulur. Ona görə də Xankəndidəki saxta rejimi separatçı adlandırmaq səhvdir.

- Yəni, həmin hərbi xunta ilə danışıqlar aparılmamalıdır?

- Bu hərbi xunta da işğalçı rejimin qalıqlarıdır. Onlar maliyyəni Ermənistan büdcəsindən alır. Deməli, Xankəndidə oturanlar birmənalı olaraq Ermənistan dövlətinə xidmət edən məmur və hərbiçilərdir. Bir daha vurğulayıram ki, onlara münasibətdə separatçı terminindən istifadə etmək olmaz. Azərbaycanın mövqeyi odur ki, onlar işğalçı xuntanın qalıqlarıdır və digər sadə insanları girov ediblər. Digər insanlar isə reinteqrasiya prosesində iştirak edə bilərlər. Hələlik onların siyasi statusu bir növ Azərbaycan vətəndaşlığı almaq istəyənlər statusundadır. Onlara vətəndaşlıq verilib-verilməyəcəyini də gələcək göstərəcək. Onlar burada qalmaq istədikləri və Azərbaycan qanunlarını qəbul etmək niyyətlərini bildirirlər. Bu insanlarla isə sadəcə olaraq kommunikasiya məsələlərini müzakirə etmək olar. Çünki dövlət öz vətəndaşları ilə danışıqlar aparmır.

- Ermənistanın Qarabağ məsələsində beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlarda maraqlıdır. Sizcə, niyə?

- İrəvan danışıqların nəticəsi olaraq beynəlxalq zəmanət almaq niyyətindədir. Yəni onlar bununla beynəlxalq səviyyədə ərazidə "statusa” nail olmaq istəyirlər. Zəmanətlər isə müxtəlif ola bilər. Hansısa dövlətlərin təminatı, yaxud BMT-nin xüsusi qətnaməsinin qəbulu və "statusu” tanımaq şəklində ola bilər. Azərbaycan aydındır ki, buna getməyəcək. Azərbaycan bildirib ki, bu məsələ daxili məsələdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR