Dərc edildi: Baxış sayı: 244
Tofiq Yaqublu növbəti dəfə hakim qarşısına çıxdı
Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun şikayətini təmin etməyib.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu gün keçirilən məhkəmə iclasında onun barəsində həbs qətimkan tədbirinin daha iki ay uzadılmasından verilmiş apellyasiya şikayətinə baxılıb.
Qeyd edək ki, T.Yaqublu ötən il dekabr ayının 14-də saxlanılıb. O, külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə, rəsmi sənədləri saxtalaşdırmaqda və bilərəkdən saxta sənədlərdən istifadə etməkdə ittiham olunur.
Onun barəsində ötən ilin dekabr ayında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bu ilin aprel ayının 6-da keçirilən məhkəmə iclasında T.Yaqublunun həbs müddəti daha 2 ay uzadılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət