Slimfit
  1. ƏDƏBİYYAT

Tofiq Fikrət - Millət şərqisi

Tofiq Fikrət - Millət şərqisi
Sakura

Tofiq Fikrət - Millət şərqisi

Çeynəndi yetər, varlığımız cehl ilə qəhrə 
Doğrandı mübarək vətənin bağrı səbəbsiz.
Birlikdə bu gün bulmalıyız dərdinə çarə 
Can qardaşı, qan qardaşı, şan qardaşıyız biz.
Millət yoludur, haq yoludur tutduğumuz yol;
Ey haq, yaşa, ey sevgili millət, yaşa, var ol! 

Gəl qardaşım, annən sənə möhtac, ona qoşmaq... 
Qoşmaq ona, qurtarmaq o bibəxti vəzifən.
Qarşında köksü-bağrı açıq, ölgün, yatıyor, bax 
Onsuz yaşamaqdansa, bərabər ölüm, əhvən,
Hər an o gözəl sinəni xəncərləyir əllər 
İmdadına qoşmazsaq əgər məhvi mükərrər.

Zülmün topu var, gülləsi var, qələsi varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
Göz yumma günəşdən, nə qədər nuru qaralsa,
Sönməz əbədi, hər gecənin gündüzü vardır.
Millət yoludur, haq yoludur tutduğumuz yol; 
Ey haq, yaşa, ey sevgili millət, yaşa, var ol!

Vaxtilə baban kimsəyə minnətmi edərdi?
Yox, qalmadı haşa sənə zillət pədərindən.
Dünyada şərəfdir yaşadan, milləti, fərdi 
Silkin, bu məzəllət tozu uçsun üzərindən.
İnsanlığı pamal edən alçaqlığı yıx, əz 
Billah, yaşamaq yerdə sürüklənməyə dəyməz. 

Haqsızlığın ənvahını gördük... bumu qanun?
Ən qəmli səfalətlərə düşdük... bumu dövlət?
Dövlətsə də, qanunsa da, artıq yetər olsun;
Artıq yetər oisun bu dəni zülmü cəhalət...
Millət yoludur, haq yoludur tutduğumuz yol,
Ey haq, yaşa, ey sevgili millət, yaşa, var ol!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR