Slimfit
  1. BİOQRAFİYA

Tofiq Fikrət

Tofiq Fikrət
Sakura

Tofiq Fikrət - türk şairi, pedaqoqu və jurnalisti

Tofiq Fikrət (türk. Mehmet Tevfik Fikret; 24 dekabr 1867 – 19 avqust 1915) — Osmanlı dövründə yaşamış büyük türk şairi, pedaqoqu və jurnalisti, türk ədəbiyyatında "Sərvəti-fünun" və ya "Ədəbiyyati-cədidə" adlanan cərəyanın banisi.

1888-ci ildə Qalatasaray liseyini bitirmiş, bir müddət xarici işlər nazirliyində işləmiş, 1894-1915-ci illərdə türk dili və ədəbiyyatından dərs demişdir. İlk şeirlərini və ədəbiyyatın ictimai roluna dair məqalələrini redaktoru olduğu "Sərvəti-fünun" jurnalında dərc etdirmişdir. O, türk şeirinə məzmum və formaca yenilik gətirmişdir. "Sənət həyat üçündür" prinsipini həm əməldə, həm də nəzəriyyədə tətbiq edən ilk türk şairidir. İnqilabi ruhlu şeirlərində zülm, fanatizm və istibdadı qətiyyətlə qamçılamış, humanizm və azadlıq ideyalarını, xalqlar dostluğunu tərənnüm etmişdir. Qadağan edilməsinə baxmayaraq, əsərləri gənclər və hərbçilər arasında əldən-ələ keçərək əzbərlənmiş və yayılmışdır. Hakim dairələr tərəfindən ömrünün sonunadək təqib olunsa da, inqilabi ideyalara və xalqa sadiq qalmışdır. Əsərlərində ərəb-fars kəlmələrinin, tərkiblərinin sıx-sıx işlədilməsi Tofiq Fikrətin dilini xeyli qəlizləşdirirdi. Buna baxmayaraq onun əsərləri Azərbaycanda böyük rəğbət qazanmışdır. Azərbaycan şairlərindən M. Hadi, H. Cavid, A. Səhhət və b. Yaradıcılığına təsitr göstərmişdir. Onun yaradıcılığı Azərbaycan alimləri tərəfindən də öyrənilmiş və "Seçilmiş əsərləri" Azərbaycan dilində nəşr olunmuşdur.

"Rübabi-şikəstə” (1900), uTarixi-qədim” (1905), "Xaluqun dəftəri” (1911), “Rübabm cavabı” (1912), “Doxsan beşə doğru” (1912), “Həmşirəm üçün” və başqalan Totiq Fikrətin və ümumi Türk-Oğuz ədəbiyyatmm şah əsərlənndəndir.

 

Şeirləri

Rübabi-şikəstə
Prometey
Füzuli
Millət şərqisi
Doxsan beşə doğru
Xani yəğma
Fərda
Mavi dəniz
İnanmaq ehtiyacı
Sabah olursa
Xaluqun amentüsü
Tarixi-qədim
Mazi... Ati
Leyli vida
Dün
Birlikdə
Zərrişdə
Həmşirəm üçün
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR