Slimfit
  1. CƏMİYYƏT

TN: Dərsdən qalan şagirdlərdən sağlamlıq haqqında arayış tələb olunması barədə qərar yoxdur

TN: Dərsdən qalan şagirdlərdən sağlamlıq haqqında arayış tələb olunması barədə qərar yoxdur
Sakura

TN: Dərsdən qalan şagirdlərdən sağlamlıq haqqında arayış tələb olunması barədə qərar yoxdur

Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu günlərdə dərsdən qalan şagirdlərdən koronavirus təhlükəsi ilə əlaqədar həkimdən sağlamlıq haqqında arayış tələb olunması ilə bağlı sosial şəbəkədə yayılan məlumatlara münasibət bildirib.

APA xəbər verir ki, o, məktəblərdə şagirdlərdən sağlamlıqla bağlı arayış tələb olunması ilə əlaqədar hər hansı qərar qəbul edilmədiyini deyib.

Sektor müdiri həmçinin sosial şəbəkədə Göyçay rayonunda 7 saylı tam orta məktəbdə dezinfeksiya işləri ilə bağlı yayılan fotoya da münasibət bildirib: "Sosial şəbəkələrdə Göyçayda məktəbdə qadın əməkdaşın plastik qabda sinif otaqlarının qapısının dezinfeksiya etməsi fotosunu görmüşük. Məsələ ilə bağlı müvafiq şöbə tərəfindən araşdırma aparılır. Ola bilər ki, şəxsin öz təşəbbüsü olub. Məlumdur ki, dezinfeksiya işləri Bakıda və bölgələrdə sanitar epidemioloji stansiyalar tərəfindən aparılır. Bu da dövlət tərəfindən həyata keçirilir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR