Dərc edildi: Baxış sayı: 568
TN: Bugünkü vəziyyət çevrilmiş sinif otağı modelinə çox yaxındır
“Çevrilmiş sinif otağı modeli xaricdə çoxdan tətbiq olunan bir modeldir”.
Ens.az Apa.az-a istinadən xəbər verir ki,bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, bu modeldə uşaqlar dərsi, mövzunu evdə öyrənir, müəllim məktəbdə o dərsi müzakirə etmir, uşaqlar onlarda yaranan sualları soruşurlar: “Bugünkü vəziyyət bu modelə çox yaxındır. Virtual dərsdə uşaqlar izaha qulaq asa bilər, sonra dərsi oxuya bilərlər. Məktəbdə isə aydın olmayan, qaranlıq qalan məsələləri müzakirə edə bilərlər”.
Onun sözlərinə görə, bu, həm vaxta qənaətdir, həm də tədris keyfiyyətinin yüksəldilməsidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət